Sosial şəbəkədə biz:

Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi

Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi
Xəbər Şəkli
05 October 2026, 12:48
Mədəniyyət

Müğənni Pünhan Piriyev bir neçə gün əvvəl keçirilən toyuna Xalq artisti Alim Qasımovu da dəvət etdiyini bildirib.

Sənətçi xanəndə ilə aralarında keçən söhbəti danışıb. O bildirib ki, A.Qasımov toya gəlmək üçün pul istəyib:

“Arzum idi ki, toyumda Alim Qasımov olsun. Zəng etdim ki, ad günümdə gəlmədiniz, dediniz ki, toyunda gələcəyəm. İndi toyumdur, gəlin. Soruşdu ki, nə kimi dəvət edirsən? Cavab verdim ki, ağsaqqal kimi. Gəlin, oturun başda. İstəsəniz açılışı edin, istəməsəniz, yox. Dedi ki, 15 min ver, gəlim.

Alim Qasımovun ifasını çox sevirəm. Kasetlərinə qulaq asırdım, dərsində gedib otururdum".

Axşam.az