Sosial şəbəkədə biz:

Müştərisini aldadan mebel ustasına hökm oxundu

Müştərisini aldadan mebel ustasına hökm oxundu

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəhim Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


İttihama görə, Rəhim Məmmədov tanıdığı, zərərçəkmiş Mahir Ümidliyə (adı, soyadı şərtidir) uşaq otağı üçün yataq mebeli və dolab düzəldib təhvil verəcəyinə dair yalan vəd verib. O, həmin şəxsi aldadaraq 2023-cü illərdə ümumilikdə 1300 manat pulu dələduzluq yolu ilə ələ keçirib.


Hadisədən sonra Rəhim Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Qeyd: Rəhim Məmmədov məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində 15 ildən çoxdur ki, mebel ustası kimi fəaliyyət göstərdiyini qeyd edib. O, hazırda ziyanlığı tam olaraq ödədiyini və zərərçəkmiş şəxslə barışdığını söyləyib.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol