Sosial şəbəkədə biz:

Etimad İsmayılovun qatili azadlıqda? – Azərbaycana gəldiyi bildirilir...

Etimad İsmayılovun qatili azadlıqda? – Azərbaycana gəldiyi bildirilir...

2018-ci ildə Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov azadlığa çıxıb.

Bu barədə "Gununsesi.info” Dəmirova yaxın mənbələrə istinadla xəbər yayıb.

Bildirilir ki, Gözəl Dəmirovun azadlığa çıxmasına səbəb olaraq onun onkoloji xəstəlikdən əziyyət çəkməsi göstərilib. Amma bəlli olub ki, Gözəl Dəmirov azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib. Sayt özəl mənbələrə istinadla idda edir ki, Dəmirovun onkoloji xəstə olmasına dair deyilənlər həqiqətdən uzaqdır. Belə ki, o, Belarusda yaşasa da, davamlı olaraq Azərbaycanda olur. Dəmirovun hər iki ölkədə biznes fəaliyyətini aktiv şəkildə davam etdirdiyi deyilir.

Qeyd edək ki, sabiq baş prokuror, mərhum İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılov 19 sentyabr 2018-ci ildə Türkiyədə qətlə yetirilib. Onun qatili Gözəl Dəmirov polis polkovnikdir və vaxtı ilə DİN-də yüksək vəzifələrdə çalışıb.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol