Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 16 min 99 baş diri ətlik iribuynuzlu heyvan idxal olunub.
İdxal olunan diri iribuynuzlu heyvanların ümumi gömrük dəyəri 4 milyon 789,6 min dollar olub.
Beləliklə, bir baş diri iribuynuzlu heyvanın orta gömrük dəyəri təxminən 297,5 dollar (506 manat) təşkil edib.
Qeyd edək ki, Azərbaycan diri iribuynuzlu heyvanları aşağıdakı ölkələrdən idxal edib:
Gürcüstan – 14 min 994 baş (Bir baş heyvanın orta gömrük dəyəri 458 manat);
Rusiya – 1 105 baş (1 146 manat).
Məlumat üçün onu da bildirək ki, eyni dövrdə Azərbaycandan Türkiyəyə 2 min 969 baş diri iribuynuzlu heyvan ixrac olunub. İxrac olunan diri iribuynuzlu heyvanların ümumi gömrük dəyəri 10 milyon 370,6 min dollar olub. Bu isə o deməkdir ki, Türkiyəyə ixrac edilən bir baş heyvanın orta gömrük dəyəri 3 492,3 dollar (5 min 937 manat) təşkil edib.
Yeniavaz