Sosial şəbəkədə biz:

2.1 trilyon nominal ÜDM-ə malik olan türk dünyası yeni regional əməkdaşlıq modelidir - DEPUTAT

2.1 trilyon nominal ÜDM-ə malik olan türk dünyası yeni regional əməkdaşlıq modelidir - DEPUTAT
Xəbər Şəkli
18 September 2026, 14:13
İqtisadiyyat

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə çıxışı zamanı təşkilatın beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə xüsusi diqqət ayırdı. 

Vahid təşkilatda birləşən Türk dünyasının hazırda daha yaxınlaşması və inkişafı müşahidə edilir. Azərbaycanın regionda formalaşdığı düzən Türk dünyasının daha da inkişafı üçün yeni imkanlar formalaşdırmaqdadır.

2.1 trilyon nominal ÜDM-ə malik olan türk dünyası yeni regional əməkdaşlıq modelidir. Kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada təşkilat çərçivəsində ünvanlı və sistemli əməkdaşlıq həyata keçirir.

Əgər türk ölkələri vahid iqtisadi blok olsaydı, o zaman alıcılıq qabiliyyəti hesaba alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı. Belə ki, türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərdən keçirilməklə ÜDM-i 5 trilyon 476 milyard dollardır. Alıcılıq qabiliyyəti uyğunlaşdırılmaqla isə türk dünyasında adambaşına düşən ÜDM 31 min dollardan çoxdur.

Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir. Türk dövlətləri indiki qədər heç vaxt bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da.

Vüqar Bayramov, millət vəkili