Sosial şəbəkədə biz:

Çindən Azərbaycana turist axını 76 % artıb

Çindən Azərbaycana turist axını 76 % artıb

Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır.

Bu barədə Azinforum.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (40 326, + 5 %) nəfər), 3-cü yerdə isə İran (15 297 nəfər, – 11 %) qərarlaşıb.

Bundan başqa, ay ərzində Səudiyyə Ərəbistandan 10,3 min (- 29 %), Qazaxıstandan 9,9 min (+ 11 %), Hindistandan 9,9 min (- 65 %), Gürcüstandan 8 min (- 10 %), Pakistandan 7,9 min (+ 4 %), Çindən 7,2 min (+ 76 %), Özbəksitandan 5 min (+ 17 %), İsraildən 3,4 min (- 18 %) ,Ukraynadan 3,3 min (- 1 %), Cənubi Koreyadan 3 min ( + 4 %), ABŞ-dən 2,9 min (+ 22 %), Türkmənistandan 2,7 min (+ 12 % ) turist gəlib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol