“Turan Tovuz” çempionata qələbə ilə start verdi
Azərbaycan Premyer Liqasının I turunda daha bir oyun keçirilib.
Günün ilk matçında “Turan Tovuz” “İmişli”nin qonağı olub.
Şamaxı şəhər stadionundakı qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 90+9-cu dəqiqədə Roberto Olaben vurub.