“Qarabağ” “Ferensvaroş”la oyunda qələbə qazanıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçirilən ilk oyun başa çatıb.
Azinforum.az xəbər verir ki, "Qroupama Arena"da təşkil edilən görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 29-cu dəqiqədə rəqibin heyətində Barnabaş Varqa açıb. Lakin 50-ci dəqiqədə Marko Yankoviç, 67-ci dəqiqədə Kevin Medina və 85-ci dəqiqədə Musa Qurbanlı fərqlənərək "Qarabağ"a qalibiyyət gətiriblər.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.