Sosial şəbəkədə biz:

Çempionlar Liqası: "Qarabağ"ın oyununu haradan izləyək?

Çempionlar Liqası: "Qarabağ"ın oyununu haradan izləyək?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şelburn” (İrlandiya) – “Qarabağ” oyununu “Tolka Park” stadionunda izləmək və təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışa çıxarılıb.

Belə ki, azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun “E” sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti böyüklər üçün 25 avro, uşaqlar və tələbələr üçün isə 20 avrodur.

Azərbaycanlı azarkeşlər üçün “Tolka Park” stadionunda 306 yer ayırılıb. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, “Şelburn” – “Qarabağ” oyunu iyulun 23-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol