Sosial şəbəkədə biz:

Azərbaycan komandası “Skopye-2025”-də 10 medal qazanıb

Azərbaycan komandası “Skopye-2025”-də 10 medal qazanıb

Şimali Makedoniyanın və Xorvatiyanın birgə ev sahibliyi etdiyi “Skopye-2025” XVIII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulub.

Azinforum.az Milli Olimpiya Komitəsinin məlumatına istinadən xəbər verir ki, Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak etdiyi “Skopye-2025”-də 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparıblar. Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub.

Azərbaycan idmançıları yarışları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurub.
Komandamıza qızıl medalları cüdoçular Gülşən Hüseynova (-44 kiloqram), Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55 kiloqram) qazandırıblar. Cüdo üzrə Nuranə Hacızadə (-48 kiloqram), Zeyd Ələsgərov (-60 kiloqram) və güllə atıcılığı üzrə Leyli Əliyeva – Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş medal əldə ediblər. Bürünc medalları isə cüdoçular Aysun Məmmədova (-52 kiloqram), Məhəmməd Ağakişiyev (-73 kiloqram), Sübhan Axundov (+90 kiloqram) və taekvondoçu Yunis Hüseynov (73 kiloqram) qazanıblar.

Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 17-ci yeri tutub.

50 (19 qızıl, 19 gümüş, 12 bürünc) medal qazanan İtaliya komandası festivalın qalibi olub. Fransa 15 qızıl, 18 gümüş, 5 bürünc medalla ikinci olub. Üçüncü pillədə isə aktivində 33 (10 qızıl, 11 gümüş, 12 bürünc) medal olan İspaniya komandası qərarlaşıb.

Türkiyə 26 (10 qızıl, 7 gümüş, 9 bürünc) medalla dördüncü, Böyük Britaniya isə 22 (10 qızıl, 7 gümüş, 5 bürünc) medalla beşinci olub. Festivalda 40 ölkənin komandası müxtəlif əyarlı medallar qazanıb. Cəmi 35 ölkə isə festivalda qızıl medal sevinci yaşayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol