Sosial şəbəkədə biz:

Tramp Azərbaycanla bağlı növbəti paylaşım edib: Bu iki böyük liderlə dost olmaq şərəfdir.

Tramp Azərbaycanla bağlı növbəti paylaşım edib: Bu iki böyük liderlə dost olmaq şərəfdir.
Xəbər Şəkli
17 September 2025, 08:23
Gündəm

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Azərbaycanla bağlı növbəti paylaşım edib.

Ağ Ev rəhbəri özünün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb.

“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu mənim üçün, amma daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq”, - deyə Tramp yazıb.