Sosial şəbəkədə biz:

Qızılın bahalaşması davam edir

19 September 2015, 10:37
Gündəm
Sentyabrın 18-də Amerika fond bazarlarında Dow Jones indeksi 1,74% ucuzlaşaraq 16 384,79 bənd, S&P 500 1,49% azalaraq 1 947,75 bənd, Nasdaq isə 1,36% azalaraq 4 827,2 bənd təşkil edib. "Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,34% ucuzlaşaraq 6 104,11 bənd, Fransa CAC-40-ı 2,56% ucuzlaşaraq 4 535,85 bənd, Almaniya DAX-ı isə 3,06% azalaraq 9 916,16 bənd təşkil edib. Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,91% bahalaşaraq 1 138,30 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1299 (-1,19%) təşkil edib.