Sosial şəbəkədə biz:

Cəzaçəkmə müəssisəsində qətl hadisəsi baş verib

10 September 2015, 15:31
Gündəm
Azərbaycanda cəzaçəkmə müəssisəsində qətl hadisəsi baş verib. Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib. Nəticədə F. Hüseynov yeməkxanadan götürdüyü bıçaqla H. Əliyevi bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Qətllə bağlı məlumatı ilk olaraq haqqin.az saytı yayıb