Sosial şəbəkədə biz:

Bakı vaxtı ilə Türkiyə vaxtı arasındakı fərq 2 saat olacaq

28 October 2017, 11:59
Gündəm
Türkiyədə 2018-ci il oktyabrın 28-i, bazar günü saatın kiçik əqrəbi bir saat geri çəkiləcək. Türkiyə mətbuatı xəbər verir ki, bu haqda “Resmi Gazete” məlumat yayıb. İnformasiyaya əsasən, saatların əqrəbi gələn il oktyabrın 28-də saat 04.00-da geri çəkiləcək. Beləliklə də, düz bir ildən sonra Bakı vaxtı ilə Türkiyə vaxtı arasındakı fərq yenidən 2 saat olacaq.