Sosial şəbəkədə biz:

Sumqayıtda yaşayış binasında yanğın - 11 sakin təxliyə olundu

25 October 2017, 14:44
Gündəm
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının texniki mərtəbəsində 10 kv.m sahədə məişət tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 11 nəfər bina sakini təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.