Sosial şəbəkədə biz:

Azərbaycanda 2093 nəfər adını, soyadını, ata adını dəyişdirib

24 October 2017, 22:26
Gündəm
Azərbaycanda bu il adı, ata adı, soyadını dəyişdirənlərin statistikası açıqlanıb. Bu barədə Ədliyyə Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq məlumat verib. Nazirlik bildirib ki, 2017-ci ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2093 nəfər şəxsin adının, ata adının və soyadının dəyişdirilməsi əməliyyatı həyata keçirilib.