Sosial şəbəkədə biz:

Mərkəzi Bank hərrac keçirəcək

21 October 2017, 11:21
Gündəm
Oktyabrın 23-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. Mərkəzi Bankdan verilən məlumata əsasən, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.