Sosial şəbəkədə biz:

39 FETÖ-çü polis həbs olundu

21 October 2017, 11:09
Gündəm
Ankara Baş Prokurorluğu tərəfindən Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı həyata keçirilən istintaq çərçivəsində 51 keçmiş polis əməkdaşı saxlanılıb. Türkiyə mətbuatı xəbər verir ki, şübhəlilərdən 39-u həbs olunub. Onlar FETÖ-çülərin bir-biri ilə əlaqə yaratdığı “Bylock” sistemindən istifadə ediblər. Digər şəxslər isə nəzarət şərti ilə sərbəst buraxılıb.