Sosial şəbəkədə biz:

Abbas Abbasov "AzərRos"dan getdi

31 August 2015, 19:24
Gündəm
Abbas Abbasov Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti “AzərRos”dan istefa verib. Bu barədə APA-ya “AzərRos”dan məlumat verilib. Məlumata görə, bu gün "AzərRos" Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. İclasda A. Abbasov təşkilatdan və Ağsaqqallar Şurasının üzvlüyündən istefa verdiyini açıqlayıb. Onun istefası qəbul edilib.