Sosial şəbəkədə biz:

Türkiyədə terror aktı törədilib, 4 hərbçi şəhid olub

04 October 2017, 11:14
Gündəm
Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda törədilən terror aktı nəticəsində 4 hərbçi şəhid olub, 4-i yaralanıb. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçu PKK qruplaşmasının silahlıları hərbçilərə əl qumbarsı atıb. Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib. Hazırda terrorçuların tutulması istiqamətində əməliyyat keçirilir.