Sosial şəbəkədə biz:

Bakı məktəbinə general Kərim Kərimovun adı verildi

27 September 2017, 10:14
Gündəm
Bakı şəhəri 8 nömrəli tam orta məktəbə kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş general-leytenant Kərim Kərimovun adı verilib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib. Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.