Sosial şəbəkədə biz:

Kobzon Prezidentin fəxri diplomu ilə təltif edildi

09 September 2017, 16:26
Gündəm

Azərbaycan Prezidenti İlham Əliyev İosif Davıdoviç Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzon “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.