Sosial şəbəkədə biz:

“Siyasi partiyalar haqqında” qanun dəyişir

08 September 2017, 12:00
Gündəm

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər təklif edilir.

 Milli Məclis tərəfindən bununla bağlı layihələr hazırlanır. Layihədə siyasi partiyaların qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlılığı ilə bağlı bəzi dəyişikliklər öz əksini tapacaq. Qanuna ediləcək dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.