Sosial şəbəkədə biz:

Saakaşvili Ukraynaya qayıdacağı tarixi açıqladı - VİDEO

16 August 2017, 22:16
Gündəm
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, sentyabrın 10-da Ukraynaya qayıdacaq. Bu barədə o, özünün “Facebook” səhifəsində canlı videomüraciətində deyib. “Bu gün elan edirəm ki, sentyabrın 10-da Polşadan Ukraynaya qayıdacağam”, - Saakaşvili deyib. O, Ukrayna hakimiyyətini bu qayıdışdan “sirk düzəltməməyə” çağırıb.