Sosial şəbəkədə biz:

Ermənistan ordusu itki verdi

28 July 2017, 22:28
Gündəm
Bu gün Tavuş vilayətinin Noyamberyan sərhəd məntəqəsinin müdafiə mövqelərinin birində odlu silahdan ölümcül güllə yarası alan erməni əsgərin meyiti tapılıb. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölən hərbçi müqavilə əsasında xidmət aparan Arkadi Levon Qambaryandır. Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan faktı təsdiq edib. Hadisə ilə bağlı araşdırma aparılır.