Sosial şəbəkədə biz:

Moskvada “Sarı təhlükə səviyyəsi” elan edilib

16 July 2017, 14:05
Gündəm
Moskvada güclü külək, yağış və tufan səbəbindən "Sarı təhlükə səviyyəsi" barədə xəbərdarlıq edilib. AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzi məlumat yayıb. “Moskvada bazar günü güclü külək, yağış və tufan gözlənilir. Bununla əlaqədar hava "Sarı səviyyə"də - potensial təhlükəlidir"-məlumatda bildirilib.