Sosial şəbəkədə biz:

Milanda selfi çubuqlarına qadağa qoyuldu

14 July 2017, 22:05
Gündəm
İtaliyanın Milan şəhərinin rəhbərliyi şəhər küçələrində selfi çubuqlarına, şüşə butulkalarda içkilərə və yemək satılan arabalara müvəqqəti qadağa tətbiq edib. Trend-in məlumatına görə, bu qərar "antisosial davranış"ın və şəhərin çirklənməsinin qarşısını almaq üçün qəbul edilib. Qadağa bir ay müddətində – avqustun 13-dək qüvvədə qalacaq. Lakin bu müddətin artırıla biləcəyi qeyd edilib.