Sosial şəbəkədə biz:

Bakıda xəstəxanada faciə - Ana və bətnindəki körpə öldü

14 July 2017, 09:58
Gündəm
Azərbaycanda daha bir doğuş faciəsi baş verib. “ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsi 12 ünvanında yerləşən Respublika Perinatal Mərkəzində Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Bəkirova Kəmalə Kazım qızı doğuş vaxtı vəfat edib. 33 yaşlı qadınla birgə bətnindəki körpəsi də ölüb. Faktla bağlı araşdırmalara başlanılıb.