Sosial şəbəkədə biz:

Salyanda keçmiş polis rəisi dünyasını dəyişib – FOTO

12 July 2017, 11:06
Gündəm
Salyan rayonunda mühafizə polisinin keçmiş rəisi dünyasını dəyişib. “Report”un Aran bürosu xəbər verir ki, 2006-cı ildən təqaüddə olan Salyan Rayon Mühafizə Polisinin rəisi, polkovnik-leytenant Elman Aslan oğlu Qəhrəmanov 69 yaşında vəfat edib. Qeyd edək ki, Elman Qəhrəmanov 1976-2006-cı illərdə Salyan Rayon Mühafizə Polisinin rəisi vəzifəsində işləyib.