Sosial şəbəkədə biz:

Falçı onun bütün qızıllarını əlindən aldı - FOTO

09 July 2017, 16:36
Gündəm
Bakıda falçının əməllərindən zərər çəkən şəxs polisə müraciət edib. Lent.az xəbərinə görə, Nərimanov rayon sakini, 1969-cu il təvəllüdlü Aybəniz Mustafayeva polisə müraciət edərək bildirib ki, tanımadığı 40-45 yaşlı qadın ona fal açmaq üçün qızıl bilərzik, üzük və sırğalarını alıb. Lakin həmin qadın qızılları da götürərək aradan çıxıb. Araşdırma aparılır.