Sosial şəbəkədə biz:

Fransa prezidentinə sui-qəsd planı

03 July 2017, 14:03
Gündəm
Fransa hökuməti prezident Emmanuel Makronu öldürməyi planlaşdırdığını etiraf edən şəxsə terrorçuluq ittihamları irəli sürüb. Trend-in məlumatına görə, 23 yaşlı şəxs oyun saytlarının birində avtomat alacağını və 14 iyul paradı zamanı prezidentə sui-qəsd təşkil edəcəyini bildirib. Qeyd olunur ki, saxlanan zaman o, polisə bıçaqla müqavimət də göstərməyə çalışıb.