Sosial şəbəkədə biz:

Cəlilabadda taxıl sahələri yanıb

30 June 2017, 21:41
Gündəm
Cəlilabadda yanğın hadisəsi qeydə alınıb. Azinforum.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Boyxanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 9 ha biçilmiş taxıl və 0,5 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.