Sosial şəbəkədə biz:

Millət vəkilinin bağından cəsəd tapıldı

13 June 2017, 12:28
Gündəm
Badamdar qəsəbəsi İ.Ağayev küçəsi ev 3, mənzil 73-də yaşayan, 1960-ci il təvəllüdlü Sədi Süleyman oğlu Qəhrəmanovun meyiti aşkar edilib. Onun cəsədi bağban kimi işlədiyi Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən bağdan tapılıb. O ürək çatışmamazlığından vəfat edib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bağbanın vəfat etdiyi bağ millət vəkili Ərəstun Cavadova məxsus olub.