Sosial şəbəkədə biz:

FHN: “Sədərək” ticarət mərkəzində 2 mağazanın dam örtüyü 150 m2 sahədə yanıb

10 June 2017, 21:16
Gündəm
“Sədərək” ticarət mərkəzində 2 mağazanın dam örtüyü ümumilikdə 150 m2 sahədə yanıb. APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumatda bildirilib. Yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Əlavə məlumat veriləcək.