Sosial şəbəkədə biz:

Trampı təhqir edən “CNN” jurnalisti işdən qovuldu

10 June 2017, 10:28
Gündəm
Amerika Birləşmiş Ştatlarının xəbər kanalı “CNN”in aparıcısı ilahiyyatçı Reza Aslan işdən qovulub. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Reza Aslan Trampı “bəşəriyyətin üz qarası” adlandırıb və ona qarşı nalayiq ifadələr işlədib. Vəziyyətlə əlaqədar “CNN” telekanalı Aslanın proqramını ləğv edib. Eyni zamanda, Aslan Trampı müsəlmanları ABŞ-a buraxmamaqda ittiham edib.