Sosial şəbəkədə biz:

Binəli Yıldırımın baş məsləhətçisi FETÖ-çü çıxdı

03 June 2017, 17:06
Gündəm
Türkiyənin baş naziri Binəli Yıldırımın baş məsləhətçisi Birol Erdem və onun həyat yoldaşı Gülümsər Erdem Fəthullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda ittiham edilərək saxlanılıb. Publika.az xəbər verir ki, bu haqda “Hurriyyət” qəzeti bildirib. Nəşrin məlumatına görə, onlar Ankara Respublika baş prokuroru Yüksəl Kocamanın təlimatı ilə saxlanılıb.