Sosial şəbəkədə biz:

Ərdoğan və Putin razılığa gəldi

27 May 2017, 16:27
Gündəm
Bu gün Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Teleqraf.com Hurriyet.com-a istinadla xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Məlumatda deyilir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan strateji əməkdaşlığın dərinləşdirilməsinə qərar veriblər. İki ölkənin liderləri ticari-iqtisadi əlaqələrdə məhdudiyyətlərin aradan qaldırılması, Akkuyu AES və "Türk axımı" layihələrini müzakirə ediblr.