Sosial şəbəkədə biz:

Rusiyada mədəniyyət evində səhnənin bir hissəsi uşaqların üzərinə çöküb - FOTOLAR

24 May 2017, 17:18
Gündəm
Rusiyanın Perm vilayətində Anatoli Soldatov adına mədəniyyət evində səhnə konstruksiyasının çökməsi nəticəsində uşaqlar xəsarət alıblar. " Azinforum.az " "İnterfaks"a istinadən xəbər verir ki, səhnənin bir hissəsinin çökməsi nəticəsində 8 uşaq xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır. Hadisə yerində 12 təcili-tibbi yardım briqadası işləyir.