Sosial şəbəkədə biz:

Prezident Administrasiyasının keçmiş rəhbəri tutuldu

24 July 2015, 13:53
Gündəm
Qırğızıstan Prezident Administrasiyasının keçmiş rəhbəri Daniyar Narımbaev korrupsiyada şübhəli bilinərək saxlanılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Bişkek şəhər Oktyabr rayon məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan qərarı qəbul edib. Qırğızıstanın Baş Prokurorluğundan bildirilib ki, o, Dövlət Milli Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanılacaq.