Sosial şəbəkədə biz:

Bakıda özünü 8-ci mərtəbədən atan qadın sağ qalıb

23 May 2017, 10:05
Gündəm
Bakıda 30 yaşlı qadın özünü binadan atıb. APA-nın məlumatına görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Lalə Tofiq qızı Yaqubova özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. L.Yaqubovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.