Sosial şəbəkədə biz:

"Kurtlar Vadisi"nin aktrisası ana oldu - FOTO

17 May 2017, 20:43
Gündəm
Məşhur aktrisa Hatice Şendil ana olub. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Burak Sağyaşar ilə evli olan aktrisanın oğlu dünyaya gəlib. Cütlük övladına Can adını qoyub. Qeyd edək ki, Şendil ilə Sağyaşar birlikdə rol aldıqları "Kara" serialında tanış olaraq ailə qurub. Şendil Azərbaycan tamaşaçısına "Kurtlar Vadisi Pusu" serialından tanışdır.