Sosial şəbəkədə biz:

Azərbaycan almalarına görə 2 məmur həbs olundu - Ermənistanda

16 May 2017, 18:59
Gündəm
Azərbaycan almalarına görə Ermənistanda iki məmur həbs olunub. “Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, dövlət gəlirləri Komitəsinin məmurları rüşvət qarşılığında Azərbaycan almalarının qaçaqmal yoluyla ölkəyə girişinə icazə verməkdə ittiham olunurlar. Həmin məmurların qanunsuz hərəkətlərinin ölkəyə ümumilikdə 8 milyon dram (təxminən 17 min dollar-red.) zərər vurduğu qeyd olunur.