Sosial şəbəkədə biz:

Qaçqınların binasından silah tapıldı- “AKM”, “TOZ-18”

22 July 2015, 14:09
Gündəm
Abşeron rayonunda qaçqınlar üçün tikilmiş binadan odlu silah və çolxu patron tapılıb. Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış sahəsində “AKM”, “TOZ-18” və “Karabin” markalı, nömrələri silinmiş 3 ədəd odlu silah, 165 ədəd patron, 5 ədəd patron darağı və 2 ədəd süngü-bıçaq tapılıb.