Sosial şəbəkədə biz:

Növbəti İslam Həmrəyliyi Oyunları Türkiyədə keçiriləcək

12 May 2017, 15:25
Gündəm
V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç deyib. O bildirib ki, bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasiminə qatılacaq. A. Ç. Kılıç qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mötəbər və maraqlı idman yarışları keçiriləcək.