Sosial şəbəkədə biz:

Bakıda həkim xəstəyə resepti bayatı kimi yazdı - FOTO

05 May 2017, 11:06
Gündəm
Azərbaycanda həkimlərdən biri öz qeyri- adi resept yazmaq istedadı ilə diqqət çəkib. Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin həkimi Əfsanə Bayramova pasiyentinə resepti bayatı şəklində yazıb: Əzizinəm, səbr elə, Ağrın keçər, səbr elə Acından günorta dur Pəhriz saxla, səbr elə. Bu nüansı çoxları maraqla qarşılayıb və resept sosial şəbəkələrdə də böyük ajiotaj yaradıb. (metbuat.az)