Sosial şəbəkədə biz:

Qaxda keçmiş polis işçisi qonşusunu güllələyib

14 April 2017, 16:59
Gündəm
Qax rayonunda qətl hadisəsi olub. APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, bu gün rayon sakini, 1959-cu il təvəllüdlü Aydın Musa oğlu Musayev qonşusu Nəbi (soyadı dəqiqləşməyib) adlı şəxs tərəfindən güllələnərək öldürülüb. Qeyd edək ki, hadisəni törədən şəxs keçmiş polis işçisidir. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.