Sosial şəbəkədə biz:

Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb

13 April 2017, 21:26
Gündəm
Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb. AzVision.az verdiyi məlumata görə, saat 18:30-da Bakıdan hərəkətə başlayan qatar 15 dəqiqədən çox yolda dayanıb. Qrafik üzrə 19:10-da Sumqayıta çatmalı olan qatar hələ də ünvana çatmayıb. Bələdçinin bildirdiyinə görə, yolda problem olduğundan sürət həddini 20-dən yuxarı qaldırmaq mümkün deyil.