Sosial şəbəkədə biz:

92 yaşlı qadın dördüncü mərtəbədən yıxılaraq öldü - Bakıda

12 April 2017, 10:19
Gündəm
Bakıda 92 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. “Report”un xəbərinə görə, hadisə Nizami rayonu B.Çobanzadə küçəsi ev 45 ünvanında qeydə alınıb. Orada yaşayan 1925-ci il təvəllüdlü Biqistan Mirzəbəyova ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.