Sosial şəbəkədə biz:

Türkiyədə hava şarı yerə çırpılıb, ölü və yaralılar var

09 April 2017, 12:51
Gündəm
Türkiyədə turistlərin olduğu hava şarı yerə çırpılıb. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Kapadokyada küləyin təsiri ilə hava şarı yüksək gərginlikli elektrik xəttinə çırpılıb, daha sonra yerə düşüb. Nəticədə 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.