Sosial şəbəkədə biz:

Türkiyədə üzərində partlayıcı və qumbara olan çeçen saxlanıldı

04 April 2017, 14:47
Gündəm
Türkiyədə üzərində 1,5 kq partlayıcı, 2 ədəd əl qumbarası gəzdirən çeçen tutulub. “Report” xəbər verir ki, bu məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb. Məlumata görə, ad-soyadı açıqlanmayan çeçen Türkiyə ərazisinə Suriyadan keçib. Onunla birlikdə Suriyadan Türkiyə ərazisinə keçən 16 nəfər saxlanılıb.